XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

15 Yanvar 2020 - 11:42

Vüsal Hüseynov:“Ötən il 404 əcnəbiyə qaçqın statusu verilib”

“Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib. Bu, 2018-ci illə müqayisədə 15 faiz (567) azalma deməkdir”. 

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, ötən il 457 readmissiya olub. Bu rəqəm 2018-ci illə müqayisədə 464 olub. Xidmət rəisi qeyd edib ki, 2019-cu ildə 404 əcnəbiyə qaçqın statusu verilib: “Bu da 2018-ci illə müqayisədə 7 faiz artım deməkdir. Ölkədə qaçqın statusu əsasında yaşayanlardan 43-ü İran, 30-u Əfqanıstan, 5-i Liviya, 3-ü Pakistan, 2-si Cənubi Afrika Respublikasının vətəndaşlarıdır”.