XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2020 - 12:42

Bakı Şəhəri üzrə Təhsil İdarəsində rəhbər vəzifələrə təyinatlar olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılıb.

Bu barədə “Report”a idarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məlumat verib.

O bildirib ki, Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, BŞTİ-nin müdir müavini vəzifələrinin icrası İdarənin İnsan resursları sektorunun müdiri Raman Məmmədova və Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərova həvalə edilib.

Qeyd edək ki, Məmmədov Raman Ağamalı oğlu 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirib. 2004-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində hüquq məsləhətçisi, baş məsləhətçi, Hüquq sektorunun müdiri, 2011-2012-ci ildə «Aqrolizinq» ASC-nin Hüquq şöbəsində aparıcı mütəxəssis, 2012-ci ildə “Texno-Atinak” MMC-də hüquqşünas, 2012-2015-ci illərdə “Absheron Construction” MMC-də Hüquq və İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. Təhsil nazirinin 2015-ci il 28 dekabr tarixli əmri ilə BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunub. Raman Məmmədov hazırda BŞTİ-nin İnsan resursları sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.

İsgəndərov Şahin Bəbir oğlu 1982-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib. 1999-2003-cü illərdə Bakı Musiqi Akademiyasında mühasib, 2003-2005-ci illərdə Təhsil Nazirliyində aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyində təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində baş mühasibin müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirinin 2013-cü il 15 noyabr tarixli əmri ilə BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Şahin İsgəndərov hazırda BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.