XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2020 - 13:01

“Ötən il 492 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul olunub”- Xidmət rəisi

“2019-cu il 492 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul və ya bərpa olunub”.

APA-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, 2018-ci  ildə bu say 301 olub.

Xidmət rəisi bildirib ki, Azərbaycanda qaçqın statusu əsasında yaşayan əcnəbilərə yol sənədinin, pasportların verilməsinə hazırlıq prosesi də tam yekunlaşdırılıb: “Yol sənədi və onun nümunəsi artıq hazırdır. Yanvarın 23-də ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə pasportların verilməsi təmin ediləcək”.

V.Hüseynov deyib ki, ölkəmizdə bu statusda yaşayan əcnəbilər yol sənədi əsasında digər ölkələrə də səfər edə biləcəklər.