XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2020 - 14:55

“Fənərbaxça”nın idman direktoru istefa verdi:"Gələcək karyerasında uğurlar diləyirik"

Türkiyənin “Fənərbaxça” klubunun idman direktoru Damien Komolli vəzifəsindən istefa verib.

Bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

Fransalı mütəxəssisin istefa verməsinin səbəbi hələlik məlum deyil.

Onun klubdan ayrılması ilə bağlı açıqlanan xəbərdə deyilir: “12 iyun 2018-ci ildə “Fənərbaxça”da idman direktoru vəzifəsinə başlayan cənab Damien Komolli bu gün istefa verib. Vəzifədə olduğu müddətdə gördüyü işlər üçün ona təşəkkür edir və gələcək karyerasında uğurlar diləyirik”.

Report