XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 12:48

AZAL ilə Gürcüstana daşınan sərnişinlərin sayı 43%-dən çox artıb –Hesabat

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ötən il Gürcüstana 136 599 sərnişin daşıyıb.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.

2019-cu ildə AZAL Gürcüstanın aviasiya bazarında 3% paya sahib olub. İllik müqayisədə Azərbaycanın milli hava daşıyıcısı ilə qonşu ölkəyə yollanan sərnişinlərin sayı 41 547 nəfər və ya 43,7% artıb.

Hesabat dövründə xarici aviaşirkətlər Gürcüstana, ümumilikdə, 4 546 253 sərnişin daşınması həyata keçirib.

Qonşu ölkəyə daşınan sərnişinlərin sayına görə birinci yerdə “Wizz Air” (825 290 nəfər), ikinci yerdə “Türk Hava Yolları” (572 181 nəfər), üçüncü yerdə isə “Gürcüstan Hava Yolları” şirkətidir (500 482 nəfər). (report)