XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 12:59

Bakı dünyanın ən bahalı şəhərləri sırasındadır –Reytinq

“Numbeo” statistika resursu dünyanın ən bahalı şəhərlərinin reytinqini dərc edib.

“Yaşayış dəyəri indeksi”nə görə dünyanın ən bahalı şəhəri İsveçrənin Sürix şəhəri olub.

Ümumiyyətlə, ən bahalı şəhərlər reytinqində TOP-5-i İsveçrə şəhərləri – Bazel, Lozanna, Cenevrə və Bern tutub.

Sonrakı sıralarda Norveçin Stavanger, Oslo və Tronheym şəhərləri qərarlaşıb. Dünyanın ən bahalı şəhərlərinin ilk “10-luğ”unu İslandiyanın Reykyavik və Norveçin Bergen şəhərləri tamamlayır.

Azərbaycanın paytaxtı Bakı isə reytinqdə 390-cı yeri tutub.

Moskva (251-ci yer) Rusiyanın, Tehran (285-ci yer) isə İranın ən bahalı şəhəri kimi reytinqdə yer alıb.

Sıralamada həmçinin Türkiyənin bir neçə şəhəri – İstanbul (325 yer), Bursa (360), Ankara (362), İzmir (377) və Antalya (387) da yer alıb.

Siyahıda ümumilikdə 440 şəhər var.

Qeyd edək ki, “Numbeo”nun “yaşayış dəyəri indeksi” mağazalardakı və restoranlarındakı qiymətlər, nəqliyyat xərcləri, kommunal xidmətlər və yerli əhalinin alıcılıq qabiliyyəti əsasında hesablanır. (Report)