XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 10:27

Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış və müsadirə aparıldı

Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış və müsadirə aparıldı

ADR hərəkatının lideri Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış aparılıb. Musavat.com xəbər verir ki, bu barədə, hazırda ABŞ-da olan iqtisadçı alim özü məlumat yayıb. Məlumatda deyilir:

“Bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış axtarıb. üç saatadək davam edən axtarışdan sonra Mərkəzin bütün kompyuterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar. Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-lərin əleyhinə aparılan istintaqdan 1 il keçməsinə baxmayaraq hələ də yekunlaşmayıb, vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb”.