XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

17 Yanvar 2020 - 19:31

Əhval-ruhiyyəsi aşağı olan şəxslərə depressiya diaqnozu qoyula bilməz –Mərkəz direktoru

Bəzi insanlar əhval-ruhiyyəsi olmayanda elə hesab edirlər ki, depressiyadadırlar. Amma depressiyanın özünü çox aydın şəkildə göstərən əlamətləri var.

Trend-in məlumatına görə, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov “Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, depressiyada olan insanlarda ruh düşkünlüyü ən azı 2 həftədən çox müşahidə edilməlidir:

“Əgər insanda əhval-ruhiyyənin aşağı olması bir neçə gün davam edirsə, belə şəxslərə depressiya diaqnozu qoyula bilməz. Depressiya olan insanlarda maraq, zövq hissi azalır, enerji tükənir. Depressiya zamanı ya yuxusuzluq, ya da yatmağa meyillilik ola bilər. İştahın, ümumi aktivliyin artması və ya azalması ola bilər. Belə insanların intihar etməklə bağlı fikirləri də olur”.

Depressiyanı çox ciddi xəstəlik sayan F.İsmayılov bildirib ki, Azərbaycanda depressiyadan əziyyət çəkənlərin statistikası dünya ölkərində olduğu kimidir.

F.Ismayılov deyib ki, depressiyadan əziyyət çəkənlərin intihar etməməsi üçün vacib olan əsas şərtlər pozitiv düşüncənin olması, insanlarla müsbət, səmimi münasibətlərin qurulması, müsbət keyfiyyətləri olan insanlarla münasibətin qurulması və həkimə vaxtında müraciət etməkdir.

Mərkəz direktoru qeyd edib ki, depressiya qadınlar arasında daha çox müşahidə edilir: “Bu, qadınların emosional cəhətdən daha həssas olması, kişilərə nisbətən qadınların daha məsuliyyətli olmasıdır. Digər tərəfdən qadınlar kişilərə nisbətən daha çox zorakılığa məruz qalırlar. Məsələn, ailə dağıldıqda kişi bunu faciə kimi qəbul etmir, amma bu qadın üçün çox çətin olur”.