XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

18 Yanvar 2020 - 15:18

Külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb –DGK

Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “BMW 523” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin mühərrikinin arxa hissəsindəki və ön sağ, sol oturacaqlarının arxasındakı örtüyün arasındakı boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 680 ampula, 7840 ədəd həb və kapsuldan ibarət müxtəlif adda dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.