Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib.
Strateq.az Lent.az-a istinadla bildirir ki, həmkarımız Türkiyədə xəstəxanada dünyasını dəyişib. O, qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərlər iflas edib.
Cənazəsi bu gün Azərbycana yola salınacaq.
1973-cü ildə anadan olan Aynur xanım Azərbaycan mətbuatında “Yeni Müsavat” qəzeti, “Medifaorum” saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.
Allah rəhmət eləsin!