XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2020 - 10:32

Ağcabədidə təhlükəli sursat aşkar olunub –FOTO

Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-62) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partladıcının ətrafında 50 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.