XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2020 - 12:29

Azərbaycanın tanınmış jurnalisti vəfat edib

Əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva 89 yaşında vəfat edib.

 “Azərtac”ın verdiyi məlumata görə, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.

1987-ci ildə “Azərinform”da (indiki “Azərtac”) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

2010-cu ildə təqaüdə çıxsa da, mətbuatla fəal əməkdaşlıq edib.

Allah rəhmət eləsin!