XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2020 - 18:01

Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb –Prokurorluq

Bakıda meyxanaçı Ələkbər Yasamallının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, ötən gün paytaxt sakini 1999-cu il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb.

Onu da qeyd edək ki, özünü asan Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur və hərbi xidmətdən yeni qayıdıb. (apa)