XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2020 - 11:23

Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb –Müdafiə Nazirliyi

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.