XƏBƏR LENTİ

25 Fevral 2020

Digər Xəbərlər

21 Yanvar 2020 - 19:15

Azərbaycanda ötən il ən çox qeydə alınan xəstəliklərin adları açıqlanıb –Rəsmi

Azərbaycanda ötən il ən çox qeydə alınan xəstəliklərin adları açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların yeni təqvim əsasında vaxtında müasir vaksinlərlə peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir.

2019-cu ildə Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, yoluxucu xəstəliklərdən qorunması məqsədilə uşaqlara 11 xəstəliyə qarşı peyvənd edilib.

Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub/Report.