XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2020 - 11:54

Bakıda 16-cı mərtəbədə baş verən yanğın söndürülüb –FHN məlumat yaydı

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində, şaxtada 3 m² sahədə dolab yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) daxil olan məlumata əsasən, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bildirilir ki, şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.