XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2020 - 14:22

Qazaxıstan sərhədçiləri 4 Azərbaycan vətəndaşını saxlayıb –Səbəb

Qazaxıstan Sərhəd Xidməti ötən gün axşam Xəzərdə dəniz sərhədini pozan 4 Azərbaycan vətəndaşını saxlayıb.

“Sərbaz” sərhədçi gəmisi tərəfindən aşkarlanan kiçik gəmi göndərilən sorğulara cavab verməyərək qaçmağa cəhd göstərsə də, təqib edilərək saxlanılıb.

Saxlanılan şəxslər barəsində dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək maddəsi ilə istintaqa başlanılıb. /Report