XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2020 - 19:16

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir- FOTO

Ötən müddət ərzində keçirilən toplantılarda taqım komandirləri və müavinləri, manqa komandirləri, müxtəlif ixtisaslı gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları iştirak ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantılarda kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, pedaqoji hazırlıqlarının yüksəldilməsi istiqamətində məşğələlər keçirilib, “Hərbi qulluqçu və hərbi kollektivin psixologiyası” mövzusunda mühazirələr oxunub.

Hazırda müxtəlif ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi komandir hazırlığı və təlim-metodiki toplantılar davam edir.