XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

22 Yanvar 2020 - 22:12

“Əhalinin siyahıyaalınmasına dair 30 cildlik hesabat hazırlanacaq”- Komitə sədri

Əhalinin siyahıyaalınmasına dair 30 cildlik hesabat hazırlanacaq.

Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O bildirib ki, əhalinin siyahıyaalınması ənənəvi üsullarla yanaşı, inzibati üsullardan istifadə yolu ilə də həyata keçirilib. Azərbaycanda ilk dəfə bu ötənilki siyahıyaalınma zamanı təsərrüfatbaşına uçot kitablarından da istifadə olunub. Ötən ilin sonuna müraciətlər əsasında siyahıyaalınmadan kənarda qalan şəxslərin siyahıyaalınması təmin edilib. Siyahıyaalınma materiallarının məlumat bazasına daxil edilməsi üçün hazırda 251 nəfər müqavilə əsasında işə cəlb edilib. Məlumatların emalı prosesi 1 il davam edəcək və yekunda 30 cildlik hesabat tərtib olunacaq(azərtac).