XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 20:45

“Mançester Siti” klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər –Səbəb

“Mançester Siti” klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Buna səbəb Premyer Liqa təmsilçisinin saxtakarlığa yol verməsidir.

“Guardian” nəşri “şəhərlilər”in Maliyyə Feyr-Pley qaydalarını pozduğunu iddia edib.

Araşdırma nəticəsində klubun 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər barədə yanlış məlumat yaydığı üzə çıxıb. UEFA həmin vaxt 49 milyon funt-sterlinq məbləğində cərimə kəssə də, klub qitə futbol qurumuna saxta sənədlərlə borcun bağlandığını çatdırıb.

Sponsorluq müqavilələrinin çoxu klubun sahibi şeyx Mansurun şirkətləri ilə əlaqəlidir. Bundan başqa, ingilislər 2012 və 2013-cü illər üçün bank hesablarına daxilolmalar barədə arayış təqdim etməyib. Həmin dönəmdə UEFA-nın bu iş üçün ayırdığı nümayəndələr isə sonradan istefa vermişdilər.

Hazırda məsələ ilə bağlı araşdırma davam edir. “Mançester Siti” təqsirkar bilinərsə, Çempionlar Liqasından kənarlaşdırılacaq/APAsport.