XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

23 Yanvar 2020 - 23:57

Türkiyə kuboku:daha 3 komanda 1/4 final mərhələsinə yüksəldi

Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Bu gün cavab oyunları çərçivəsində son 3 görüş baş tutub.

“Sivasspor” səfərdə məğlub olsa da, ilk matçdakı böyükhesablı qələbə sayəsində yoluna davam edib. “Dənizlispor” “Trabzonspor”a səfərdəki məğlubiyyətin əvəzini çıxsa da, penaltilər seriyasında rəqibinə yenilib.

“Qalatasaray” isə Rizədə qollu bərabərə qaldığı “Çaykur Rizəspor”a doğma arenasında minimal hesabla qalib gələrək, adını 1/4 finala yazdırıb.

Beləliklə, “Fənərbaxça”, “Antalyaspor”, “Alanyaspor”, “Ərzurumspor” və “Kırklarelispor”dan sonra “Trabzonspor”, “Sivasspor” və “Qalatasaray” da 1/4 finala yüksəliblər/APAsport