XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

24 Yanvar 2020 - 13:38

“Azərbaycanın bəzi bölgələrində qar örtüyünün hündürlüyü artacaq” –Umayra Tağıyeva

“Yanvarın 24-dən 25-ə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı üçün yerdə qar örtüyü olmayacaq”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, prosesin qısa müddətli olmasını nəzərə alaraq qar örtüyünün əmələ gəlmə ehtimalı azdır:

“Amma respublikanın Şimal və Cənub, Şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzində prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hündürlüyü artacaq. Lakin yanvarın 25-dən sonra havanın temperaturu qalxacağı üçün qar örtüyü davamlı olmayacaq”.