XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

24 Yanvar 2020 - 23:37

AXCP üzvü Zamin Salayev işgəncəyə məruz qalıb?- DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi inzibati həbsdə olan AXCP fəalı Zamin Salayevin oğlunun guya işgəncə nəticəsində atasında olan yırtığın partlaması ilə bağlı dediklərinə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, Zamin Salayevdə yırtıq varsa, bunun onun həbs olunması ilə heç bir əlaqəsi yoxdur: “Hər bir insanda bu xəstəlik ola bilər. Zamin Salayevdə olan yırtıq dünənin, bu günün problemi deyil. Onun bu xəstəliyi bir neçə il əvvəl yaranıb. O, özü də həkim müayinəsində olarkən bunu deyib”. 

Qeyd edək ki, sosial şəbəkələrdə inzibati qaydada 30 sutka həbs cəzası alan AXCP üzvü Əlizamin Salayevin saxlanma yerində işgəncəyə məruz qalmasına dair xəbərlər yayılıb.