XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

25 Yanvar 2020 - 10:59

Bakıda sərnişin avtobusu qəzaya uğradı –Yaralılar var

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “VAZ 2107” markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu yoldan çıxıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir.

Faktla bağlı araşdırma aparılır.