XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2020 - 16:31

İtaliya “Facebook”u 5 milyon avro cərimə edə bilər- Bu səbəbdən

İtaliya Antiinhisar Komitəsi istifadəçi məlumatlarının istifadəsi ilə bağlı tam məlumat verməməsinə görə “Facebook”a qarşı sanksiya tətbiqinə başlayıb.

Azərtac ANSA agentliyinə istinadla xəbər verir ki, Antiinhisar Komitəsi şirkətin sosial şəbəkələrdə qeydiyyata alındıqdan sonra istifadəçi məlumatlarının toplanması və kommersiya istifadəsi ilə bağlı kifayət qədər məlumat vermədiyini müəyyən edib. “Facebook” şirkətinə bununla bağlı müraciət göndərilsə də, hələ ki, heç bir cavab gəlməyib.

Sanksiya tətbiqindən əlavə “Facebook” dəymiş ziyanın ödənməsi üçün 5 milyon avroya qədər cərimə ilə də üzləşə bilər.