XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2020 - 09:00

“Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirilir” –Dövlət İmtahan Mərkəzi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-2020-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirir. 

DİM-dən verilən məlumata görə, doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanında ümumilikdə 1504 namizəd qeydiyyatdan keçib. Onlardan 1382 namizəd ingilis dili, 61 namizəd fransız dili, 61 namizəd alman dili üzrə imtahan verəcək.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 10-dan 20-dək davam edib.