XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 Yanvar 2020 - 12:46

Ərdoğan Liviyada atəşkəsin pozulmasında Haftarı ittiham edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Haftarı bu ölkədə elan olunmuş atəşkəsin pozulmasında ittiham edib.

Bu barədə dövlət başçısı NTV telekanalının efirində bildirib.

“Haftar Moskva (danışıqların gedişatında atəşkəs rejiminin yaradılması), Berlin (razılaşması) prosesinə tərəfdar deyildi. Haftar qiyamçıdır. Mən Merkelə (AFR kansleri) deyirdim ki, (onu) yola verirlər. Onun tərəfində Vaqnerin döyüşçüləri var. Ona göstərilən dəstəyin köməyi ilə hər cür hücumları etməyə davam edir. Bu işdə müvəffəqiyyətə nail olmaq mümkün deyil”, – deyə Türkiyə prezidenti telekanalın efirində bildirib. /Report