XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2020 - 13:12

“2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib” –FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.