XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

13 May 2015 - 13:18

DİN “qaynar xətt” üçün “Azercell”-dən xüsusi nömrə aldı – 1002

ramil-usubov.jpg

“Azercell Telecom” mobil operatorunun fakturasız xətt abunəçilərinin məlumatlandırılması üçün daha əvvəl istifadə edilən “1002” qısa nömrəsi Daxili İşlər Nazirliyinin (DİN) sərəncamına verilib.

Bunu Trend-ə şirkətdən deyiblər. Qısa nömrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən DİN-ə xidməti zərurilik üçün verilib və qurumun “qaynar xətti” üçün istifadə olunacaq.

“1002” nömrəsinin tətbiqi bütün operatorlar üçün məcburi olduğuna görə, SimSim abonentləri balans haqqında məlumatı “2112” nömrəsi ilə əldə edə bilərlər.