XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2020 - 17:12

Nur-Sultan aeroportunda uçuşlar ləğv edilib –Səbəb

Əlverişsiz hava şəraiti ilə əlaqədar Nur-Sultan aeroportunda  14 uçuş təxirə salınıb, 11 uçuş ləğv olunub.

Bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Təxirə salınan uçuşlardan 4-ü beynəlxalq istiqamətlərə – Urumçi, Daşkənd və Novosibirskə uçuşlardır.

Qazaxıstanda əlverişsiz hava şəraitinin davam etməsi ilə bağlı bir neçə gün ərzində də Nur-Sultan aeroportunda planlaşdırılan təyyarə reyslərinin ləğvi və təxirə salınması gözlənilir.