XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2020 - 23:19

Türkiyə Superliqası:"Beşiktaş" yenə uduzdu, "Qalatasaray" uddu

Türkiyə Superliqasında XIX tur davam edir.

Bu gün daha 3 oyun keçirilib.

“Antalyaspor” Dənizlidə yerli komanda üzərində böyükhesablı qələbə qazanaraq, “təhlükəli zona”dan uzaqlaşıb – 0:3.

Baş məşqçi Abdullah Avcı ilə yollarını ayıran “Beşiktaş”ın uğursuz çıxışı davam edir. İstanbul təmsilçisi bu dəfə “Göztəpə” səfərindən məğlub dönüb – 2:1.

Bu nəticə ilə “Göztəpə” 7-ci pillədə yer alan rəqibi ilə aradakı xal fərqini 1-ə endirib.

Günün son matçında “Qalatasaray” elitada qalmağa çalışan “Konyaspor”un qonağı olub. Yenidən liderlər qrupuna yüksəlmək istəyən “cim-bom” Konyada 3 xalı 3 cavabsız qolla əldə edib – 0:3.

Qeyd edək ki, turun “Sivasspor” – “Çaykur Rizəspor” və “Yeni Malatyaspor” – “Trabzonspor” oyunları yanvarın 27-də keçiriləcək/APA.