XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2020 - 23:52

Parlament seçkisi:5.387.600 ədəd seçki bülleteni çap ediləcək

Sabahdan Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, artıq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar isə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.