2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4% artaraq 5 567,7 min nəfər olub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkə vətəndaşlarının 36,7%-i İrana, 28,9%-i Gürcüstana, 17,6%-i Rusiyaya, 11,4%-i Türkiyəyə, 5,4%-i isə digər ölkələrə gedib. Gedənlərin 64,1%-ni kişilər, 35,9%-ni qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7%, Gürcüstana gedənlərin sayı 12,3%, Rusiyaya gedənlərin sayı 5,7%, Türkiyəyə gedənlərin sayı isə 4,6% artıb.
Qeyd edək ki, 2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,6%-i dəmir yolu və avtomobil, 16,7%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.