XƏBƏR LENTİ

09 Aprel 2020
08 Aprel 2020

Digər Xəbərlər

28 Yanvar 2020 - 12:43

Gürcüstandan Çinə uçuşlar qadağan olunacaq –Ölümcül virusla bağlı

“Gürcüstandan Çinə uçuşlar qadağan olunacaq”.

Bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, Çində olan Gürcüstan vətəndaşlarının təxliyyəsi də planlaşdırılıb: “Bu gün vətəndaşların necə təxliyyə olunması barədə qərar qəbul olunacaq. Biz aktiv profilaktik tədbirlər görürük, buna görə də risk azdır. Hazırda heç bir təhlükə yoxdur, lakin bu, təhlükənin olmayacağı demək deyil”.

Nazir qeyd edib ki, koronavirusun Gürcüstan ərazisinə keçməsi riskini minimallaşdırmaq üçün bütün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Çində koronavirusun əsas yayılma ocağı olan Uhan şəhərində 5 Gürcüstan vətəndaşı var/Report.