AFFA-nın baş katibi Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.
Bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.
2007-ci ildən baş katib vəzifəsində çalışan Elxan Məmmədov icraçı vitse-prezident seçilib. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə qurumun vitse-prezidenti təyin olunub/Report.