XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2020 - 18:10

Fərhad Abdullayev:“Ötən il Konstitusiya Məhkəməsinə 2850 şikayət daxil olub”

“2019-cu ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub”.

Bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev keçirilən hesabat iclasında deyib.

O bildiirb ki, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib: “Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranan hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib”.

Report