XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2020 - 11:32

“China Southern Airlines” Quançjou-Bakı aviareysi üzrə uçuşları dayandırıb- Koronavirusa görə

“China Southern Airlines” aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.

Bu barədə “APA-Economics”ə şirkətin Bakıdakı ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: “Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir”.

Qeyd edək ki, “China Southern Airlines” Bakıdan Quançjouya hər həftənin II və VII günləri yerinə yetirirdi.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.