XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

29 Yanvar 2020 - 11:42

Bakıya 100 yeni elektrik taksi gətiriləcək- Bu tarixlərdə

Bu ilin ilk 3 ayı ərzində Bakıya 100 ədəd elektriklə işləyən taksi avtomobilləri gətiriləcək.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, gətiriləcək avtomobillər hibrit deyil: “Yeni avtomobillər hibrid deyil, elektromobil taksilərdir. Hal hazırda ölkəyə nümunə üçün bir ədəd avtomobil gətirilib.

Elektromobil taksilərlə yanaşı, köhnə avtomobillər, yəni TX4 markalı taksilər də fəaliyyətlərinə davam edəcəklər.

Elektromobil taksilər TX5 markalı avtomobillərdir. Yeni taksilərin köhnə (TX4) markalı taksilərdən fərqli cəhətləri var. TX5 markalı yeni taksilərin rahatlığı tam təmin etmək üçün altı nəfərlik geniş salonu var. Bu taksilərdə Android sistemi, brayl əlifbası, taksometrlər, post terminal cihazları quraşdırılıb, sensor sistemlərlə təchiz olunub”.