XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2020 - 14:04

BANM akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib- FOTO

Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib. 

Bu barədə “Report”a Ali Məktəbdən məlumat verilib.

Azərbaycan neft sənayesinin canlı əfsanəsi, bu sahəyə böyük töhfələr vermiş SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adına təsis edilən təqaüd Ali Məktəbdə keçirilən yubiley tədbirində ilk sahiblərinə təqdim olunub.

Təqaüdə BANM-in Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Nihad Abbasov (ali məktəbə qəbul imtahanı göstəricisi – 700 bal) və Nadir Namazov (ali məktəbə qəbul imtahanı göstəricisi – 695 bal) layiq görülüblər.

Onların hər ikisi eyni zamanda, Prezident təqaüdçüləridirlər. Təqaüd adıçəkilən tələbələrə tədris illəri ərzində əldə etdikləri yüksək nəticələrə və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki fəallıqlarına görə təqdim olunub.