XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

29 Yanvar 2020 - 18:02

Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirib

Koronavirus (2019-nCoV) virusunun Çində yayılması xəbəri fonunda Bakı Beynəlxalq Dəniz Limanı (Bakı limanı) sanitar nəzarət gücləndirilib.

Bakı limanından “APA-Economics”ə verilən məlumata görə, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində Bakı Limanı və Dövlət Gömrük Komitəsi tərəfindən zəruri profilaktik tədbirlər görülür.

Məlumata əsasən, limana daxil olan sərnişinlər və yüklər xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və daha sonra əraziyə buraxılışlarına icazə verilir. Əlavə olaraq Liman ərazisində daimi olaraq təcili tibbi yardım maşını fəaliyyət göstərir.