XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2020 - 21:17

ÜST:"Donuz qripi" artıq mövsümi qrip sayılır

““Donuz qripi” kimi tanınan H1N1 virusu 2009-cu ildə yayılmağa başladı. Həmin ildən bu virus dünyanı gəzir. Artıq buna mövsümi qrip deyirik”.

Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, “donuz qripi” virusa verilən ilk ad idi, indi isə bu, mövsümi qripdir: “Azərbaycanda da H1N1 virusu əlbəttə ki, var. Dünyada ümumilikdə 3 tip qrip var. Bu, H1N1, H3N2 və B tipli viruslardır. Bunların hamısı hər il xəstəlik yaradır. Hazırda H1N1 dünyada var, əminəm ki, Azərbaycanda da mövcuddur. H1N1-dən artıq əvvəlki kimi qorxmağa ehtiyac yoxdur. Çünki yeni virus deyil, artıq 10 ildir, insanlar arasında gəzir”.

H.Harmancı qeyd edib ki, 65 yaşdan yuxarı insanların, xüsusən xroniki xəstəliyi olanların, 5 yaşdan aşağı uşaqların, hamilə qadınların və tibb işçilərinin bu virusa qarşı peyvənddən istifadə etməsi vacibdir. Çünki qrip xəstəliyi hər kəsdə ağır fomada olmasa da, həmin insanlarda daha ağır formada ola bilər. Bunun isə sətəlcəmə, hətta ölümə səbəb olması mümkündür”.