XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2020 - 21:52

ÜST koronavirusla bağlı iclas keçirəcək –Açıqlama

Yanvarın 30-da Ümumdünya Səhiyyə Təşkilatının komitəsi koronavirusla bağlı Cenevrədə iclas keçirəcək.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, iclasda koronavirusun (2019-nCoV) Çində yayılaraq yeni tipli pnevmoniya törətməsilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib-etməmək barədə qərar veriləcək.

“Komitə bu hadisənin beynəlxalq miqyaslı narahatlıq yaradan fövqəladə vəziyyət olub-olmaması ilə bağlı ÜST-nin baş direktoruna tövsiyə təqdim edəcək”, – məlumatda qeyd olunub/Report.