XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2020 - 10:14

Çində yaşayan Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi:yeni təyyarə hazırlanıb

Çinin koronavirus yayılan Uhan şəhərində olan Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar yekunlaşıb.

“Hürriyet” xəbər verir ki, hazırda bu şəhərdə 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı var.

Ambulans təyyarəyə çevrilən “Koca Yusuf” adlı hərbi karqo təyyarəsi onların təxliyəsi üçün Çinə göndəriləcək. Azərbaycan və Türkiyə vətəndaşları “Koca Yusuf” əməliyyatı ilə təxliyə ediləcək.

Türkiyəyə çatandan sonra onlara xüsusi geyimlər veriləcək. Həmin şəxslər 14 gün karantində saxlanılacaqlar/Report.