XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 12:56

Erkan Özoral:"Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan bütün yardımları edib"

“Zəlzələnin baş verdiyi ilk andan etibarən Azərbaycanın rəsmi dövlət qurumları – Xarici İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zəlzələ olan andan Azərbaycan tərəfi müvafiq addımlar atıb: “Bu istiqamətdə yanımızda oldular. Hər iki ölkənin səfirlikləri və müvafiq qurumları vasitəsilə əlaqə saxlanılıb. Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan bütün yardımları edib”.

Report