XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2020 - 13:11

Saatlıda baş verən qəzada 4 polis yaralanıb –DİN məlumat yaydı

Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, yanvarın 29-da saat 23 radələrində Saatlı rayonu M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı Rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə vurub.

Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdirilib.

Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.