XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 11:16

Almaniya səfiri Rəsulzadənin doğum günü ilə bağlı paylaşım edib

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı paylaşım edib.

Almaniyalı diplomat bu barədə “Twitter”də bildirib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, 136-cı doğum gününüz mübarək!”, – deyə Maniq qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.