XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 12:08

“Bələdiyyələrdə qadınların sayının çoxalmasında maraqlıyıq” –Dövlət Komitəsi

“İlk bələdiyyə seçkilərində qadınların sayı 4 faiz idi. Sonuncu bələdiyyə seçkilərində isə bu rəqəm 38 faizdən çoxdur”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) “Dayanıqlı inkişaf məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi” layihəsi çərçivəsində keçirilən tədbirdə AQUPDK-nin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O deyib ki, bəzən qadınlar namizədliklərini irəli sürsə də, sonra geri çəkilirlər: “Əgər öz namizədliyini vermisənsə, bunun arxasında durmalısan. Bu gün bəzi qadınlar hesab edir ki, seçilirsə, qalib gəldi bitdi və bir iş görməməlidir. Qadın bacarığına, istəyinə görə seçilməlidir. Bu bələdiyyə seçkilərində öz istəyi ilə seçilərək yenilik yaratmaq istəyən qadınlarla rastlaşdıq”.

O qeyd edib ki, bələdiyyələrin qarşısında böyük vəzifələr durur: “Bu gün yerli özünüidarəetmə orqanlarında baza güclənməlidir. Oradakı kadrlar güclü, savadlı olmalıdır. Hər bir bölgədə bələdiyyə və sədrləri var. Əsas problemlərimiz isə kəndlərdədir”. Sədr müavini bildirib ki, qadınlar sosial məsələlərin həllində daha çox maraqlıdır. Buna görə də Komitə bələdiyyələrdə qadınların sayının çoxalmasında maraqlıdır.