XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2020 - 13:29

Ötən il Gürcüstandan 32 Azərbaycan vətəndaşı deportasiya edilib –Hesabat

Ötən il üçüncü rübündə Gürcüstan 11 Azərbaycan vətəndaşını deportasiya edib. 

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarının 7-si qadın, 4-ü isə kişi olub. Onların 9-u 18 yaşdan kiçik, 2-si isə 41-65 yaş aralığından olub.

Bununla da ötən il Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 32 nəfərə çatıb.

Ötən ilin üçüncü rübündə Gürcüstandan ümumilikdə 36 nəfər deportasiya edilib. (apa)