XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2020 - 15:41

Vəkil olmaq istəyən 135 namizəd müsabiqə şərtini ödəyib –DİM

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə vəkil olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Mərkəzdən verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib.

İmtahan kompüter vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 240 namizəd qeydiyyatdan keçib, 7 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 233 namizəddən 135 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.