XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2020 - 19:19

AzTU-da yeni təyinatlar olub –SİYAHI

Azərbaycan Texniki Universitetində (AzTU) bir sıra departamentlər və şöbələr ləğv edilərək onların bazasında yeni şöbələr yaradılıb.

Universitetin Mətbuat xidmətindən verilən məlumata görə, Elm və innovasiyalar departamenti ləğv edilərək onun bazasında Tədqiqat və inkişaf şöbəsi yaradılıb.

Kimya üzrə fəlsəfə doktoru Mərziyyə Ağayeva şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində çalışıb.

Beynəlxalq əlaqələr departamenti ləğv edilərək onun bazasında Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Mustafa Əhmədov həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsində böyük məsləhətçi və bir sıra universitetlərdə şöbə müdiri vəzifələrində çalışıb.

AzTU-nun Strateji planlaşdırma şöbəsi də ləğv edilib. Onun bazasında Texnoloji transfer şöbəsi yaradılıb. Texnika elmləri namizədi Vəli Fətəliyev şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Müdafiə Sənayesi Nazirliyinin Müdafiə təyinatlı məmulatların istehsalı şöbəsinin müdiri, həmçinin bir sıra nazirliklərdə şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentidir.